Mert Günok rəsmən “Fənəbaxça”da
08.01.2026 - 19:52
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Beşiktaş”dan ayrılan qapıçı Mert Günoku transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 35 yaşlı türkiyəli qolkiperlə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mert Günok “Fənərbaxça”nın yetirməsidir. O, 2001–2015-ci illər aralığında İstanbul təmsilçisinin şərəfini qoruyub.
0
0