Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın finalında İspaniyaya məğlubiyyətdən sonra mundiallarla vidalaşıb.
Messi dünya çempionatlarını bir sıra rekordlarla başa vurub.
O, mundiallarda 12 məhsuldar ötürmə ilə turnir tarixinin ən yaxşı assistenti, 21 qol və 12 assistlə (33 qol töhfəsi) isə ən çox qol töhfəsi verən futbolçusu olub.
Argentina millisinin kapitanı həmçinin dünya çempionatlarının pley-off mərhələsində ən çox qol töhfəsi edən oyunçu rekorduna da sahibdir.
Bundan başqa, Messi dünya çempionatı tarixində braziliyalı əfsanə Kafudan sonra üç fərqli finalda (2014, 2022 və 2026) meydana çıxan ikinci futbolçu olub.
Qeyd edək ki, Lionel Messi 2006-cı ildən 2026-cı ilə qədər altı dünya çempionatında iştirak edib və 2022-ci ildə Argentina millisi ilə dünya çempionu adını qazanıb.