Messi dubl etdi, komandası qələbə qazandı - VİDEO
13.07.2025 - 10:20

Futbol üzrə ABŞ liqasında növbəti turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" doğma meydanda "Naşvil"i qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsilə nəticələnib.
Mayami təmsilçisinin ulduzu Lionel Messi dubl edərək komandasına MLS-də növbəti 3 xalı qazandırıb.
Bu qələbə ilə xallarının sayını 38-ə yüksəldən "İnter Mayami" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
0
0