Messi: "Yamalla finalda oynamaq inanılmazdır"
18.07.2026 - 03:16
Messi: "Yamalla finalda oynamaq inanılmazdır"

Argentina millisinin kapitanı Lionel Messi İspaniya yığmasının gənc ulduzu Lamin Yamal haqqında maraqlı fikirlər səsləndirib.


Apasport.az xəbər verir ki, argentinalı ulduz Yamalla illər öncə çəkdirdiyi məşhur fotonu xatırladaraq, onunla finalda qarşılaşacaqlarını vurğulayıb:

“Laminlə olan o foto… O, hələ körpə ikən çəkilmişdi. İndi isə finalda qarşılaşacağıq. Bu, adama inandırıcı gəlmir. Finalda yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Amma ümid edirəm ki, nə o, nə də komandası üstün olan tərəf olmaz”.

Messi sonda gənc istedadın "Barselona" üçün önəmindən də danışıb:

"Barselona" olaraq Yamala sahib olduğumuz üçün çox şanslıyıq. Onun üçün yaxşı olan hər şey, klubumuz üçün də yaxşıdır”.

Qeyd edək ki, Lionel Messi və Lamin Yamalın 2007-ci ildə, Yamalın hələ bir neçə aylıq körpə olduğu vaxtda çəkilən bu fotosu uzun müddətdir sosial şəbəkələrdə geniş müzakirə olunur: