Messinin heykəli dağıdılıb - FOTO
02.12.2025 - 08:41
Messinin heykəli dağıdılıb  - FOTO

Ulduz futbolçu Lionel Messinin heykəli dağıdılıb. 

Apasport.az xəbər verir ki, Messinin Mar Del Platadakı heykəli vandallar tərəfindən dağıdılıb.

Məlumata görə naməlum şəxslər heykələ hücum edərək onu iki yerə bölüblər.

Heykəl Argentina millisinin formasını geyinən Messi və əlində dünya kuboku olaraq təsvir edilib.

Bu təsvir Argentinanın 2022-ci ildə Qatarda keçirilən dünya kubokundakı çempionluğuna həsr olunmuşdu.