“Milan” 20 ildən sonra ən yaxşı startlarından birini edib
16.01.2026 - 17:55
“Milan” 20 ildən sonra ən yaxşı startlarından birini edib

İtaliya A Seriyasının XVI turundan təxirə salınmış oyunda "Milan" səfərdə "Komo" üzərində qələbə qazanıb.

Apasport.az xəbər verir ki, 20 turdan sonra Massimiliano Alleqrinin baş məşqçisi olduğu kollektiv cəmi bir dəfə məğlubiyyətlə üzləşib.

“Milan” mövsümün ilk turunda “Kremoneze”yə uduzduqdan sonra məğlub olmayıb və sonrakı 19 oyunun 12-də qələbə qazanıb.

“Milan” sonuncu dəfə ilk 20 oyunun yalnız birini 2003/2004 mövsümündə uduzub.