"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, polşalı yarımmüdafiəçinin xidmətində "Milan" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İtaliya nəhəngi Şimanski üçün yayda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq. 24 yaşlı futbolçu ilə Leverkuzen "Bayer"i də maraqlanır.
Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer edib. Polşa millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ