Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.
Apasport.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz Slovakiya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub