Millimizin üzvü Türkiyədə klubunu dəyişib
15.08.2025 - 13:55

Azərbaycan millisinin üzvü Ayşən Əhmədova yenidən Türkiyədə komandasını dəyişib.
Apasport.az xəbər verir ki, müdafiəçi "Amedspor”a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 25 yaşlı futbolçu Türkiyə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ayşən Əhmədova daha əvvəl Türkiyədə "Ünyespor"un formasını geyinib.
0
0