Modriçin milli QƏRARI
05.12.2022 - 13:36
Luka Modriçin Xorvatiya millisindəki taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu yığmanın baş məşqçisi Zlatko Daliç açıqlayıb.
O bildirib ki, Luka milli karyerasını başa vurmayacaq. Daliç 37 yaşlı yarımmüdafiəçinin DÇ-2022-dən sonra da böyük turnirlərdə milli forma geyinəcəyini qeyd edib: “DÇ-2022 onun Xorvatiya millisinin heyətində iştirak etdiyi son turnir deyil. Luka mənə də, bizə də hələ bir müddət lazımdır”.
Qeyd edək ki, Xorvatiya yığması bu gün DÇ-2022-nin 1/8 finalında Yaponiya ilə qarşılaşacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0