Mourinyo ona zəng etdi
06.12.2022 - 17:52
Niderland millisinin və “Barselona”nın futbolçusu Memfis Depay karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, onun xidmətində “Roma”nın baş məşqçisi Joze Mourinyo maraqlıdır.
Portuqaliyalı mütəxəssis hücumçu ilə əlaqə saxlayıb. Mourinyo forvardı İtaliya klubuna keçməyə inandırmağa çalışıb. 28 yaşlı futbolçunun keçidi qış transfer pəncərəsində “Roma” üçün prioritet sayılır.
Qeyd edək ki, Depay hazırda Niderland yığması ilə Qətərdə keçirilən DÇ-2022-də iştirak edir. Onun komandası 1/4 finalda Argentina ilə qarşılaşacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0