Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Qarabağ” oyununda 6000 tamaşaçı qeydə alınıb.
Apasport.az xəbər verir ki, bu, mövsümün 3-cü göstəricisinin təkrarıdır.
27 turun 135 matçında 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub.
Rekord “Sumqayıt” – “Neftçi” oyununa (2:1) məxsusdur. XXI turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşünü 8100 tamaşaçı izləyib. XXV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:4) 6500, X turun “Turan Tovuz” – “Qarabağ” oyununda (2:2) 6000 seyrçi qeydə alınıb.
Qeyd edək ki, qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi