Müəllim Alleqri, tələbələr isə Fabreqas və Hamşik
20.06.2025 - 14:22
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri UEFA Pro Lisenziya kursları çərçivəsində İtaliyanın məşhur Coverciano təlim mərkəzində iki saatlıq dərs keçib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis dərsdə taktiki yanaşmalar, liderlik və müasir futbolun idarəetmə prinsipləri barədə iştirakçılarla təcrübəsini bölüşüb.
Dərsdə iştirak edənlər arasında dünya futbolunun tanınmış simaları - Sesk Fabreqas və Marek Hamşik də olub.
Hər iki sabiq futbolçu məşqçilik karyerası üçün UEFA Pro Lisenziyasına hazırlaşır.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
1
0