Müller ÇL-də 54-cü qolunu vurub
06.03.2024 - 12:19
"Bavariya"nın hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsində "Latsio" ilə matçda qol vurub.
Apasport.az xəbər verir ki, bu, alman futbolçunun Çempionlar Liqasında 54-cü qoludur. Almaniyalı bu göstəriciyə 149 matçda çatıb.
Həmçinin Müller 2013-cü ilin aprelindən bəri Çempionlar Liqasının pley-off mərhələsində "Bavariya"nın ən yaşlı qolçusu olub.
Qeyd edək ki, 34 yaşlı Müller "Bavariya"nın yetirməsidir. Bu mövsüm o, bütün turnirlərdə 29 oyun keçirib, üç qol vurub və 8 məhsuldar ötürmə edib.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0