“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiə futbolu barədə fikirlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis ən yaxşı müdafiənin topa nəzarət etmək olduğunu bildirib.
Qvardiola bu üzdən daha çox topla oynamağa üstünlük verir: “Biz topla müdafiə olunuruq. İnanırıq ki, ən yaxşı müdafiə cərimə meydanında çox sayda futbolçu olması deyil. Top cərimə meydanında olanda müdafiə olunmalısan. Hesab edirəm ki, ən yaxşı müdafiə rəqibin qapıdan uzaqda olmasıdır və ya topa nəzarət etməkdir”.
Qeyd edək ki, 23 oyunda 57 xal toplayan “Mançester Siti” Premyer Liqada turnir cədvəlinin lideridir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA