Nani karyerasını bərpa edir
19.01.2026 - 00:49
Nani karyerasını bərpa edir

Nani karyerasını bərpa etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Portuqaliya millisinin sabiq üzvü Qazaxıstanın “Aktobe” klubu ilə razılıq əldə edib.

39 yaşlı vinger bütün şərtlər üzrə razılığa gəlib və yaxın günlərdə komandanın təlim-məşq toplanışına qoşulacaq.

Tərəflər arasında 1 illik müqavilə imzalanacaq. Naninin alacağı maaşın Qazaxıstan Premyer Liqası tarixində ən yüksək məvacib olacağı bildirilir.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-cü ilin dekabrında peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.