“Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi
19.08.2026 - 13:22
“Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Neapol təmsilçisi İtaliya millisinin müdafiəçisi Konstantino Favazulini “Katandzaro”dan icarəyə götürüb.

Müqavilədə 22 yaşlı futbolçunun məcburi satınalma şərti də yer alıb.

“Napoli” icarə üçün 1 milyon avro ödəyəcək. Məcburi satınalma məbləği 6 milyon avro, əlavə bonus isə 1 milyon avro təşkil edir. Favazulinin gələcək satışından əldə olunan məbləğin 50 faizi “Fiorentina”ya çatacaq.

Qeyd edək ki, 26 aprel 2004-cü ildə anadan olan Favazuli “Fiorentina”nın yetirməsidir. O, daha əvvəl “Ternana” və “Bari”də çıxış edib. Müdafiəçi “Katandzaro”nun heyətində 42 matçda 2 qol vurub. Favazuli İtaliya əsas millisində 2 oyun keçirib.