"Napoli" "Milan"ın yarımmüdafiəçisini heyətinə qatacaq
11.06.2025 - 09:56
"Milan"ın futbolçusu Yunus Musa komandasını dəyişməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ millisini təmsil edən mərkəz yarımmüdafiəçisi "Napoli" ilə müqavilə imzalamağa çox yaxındır. Tərəflər arasında şifahi razılıq əldə olunub.
Neapolluların baş məşqçisi Antonio Konte bu transferlə şəxsən maraqlanır.
22 yaşlı Musa ötən mövsüm 40 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 22 milyon avro olaraq qiymətləndirir.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0