Qətərdə keçiriləcək DÇ-2022-də iştirak edəcək milli komandalar hazırlıqlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, favoritlərdən hesab olunan Braziliya yığması son məşqinin əvəzinə müsabiqə keçirib.
Millinin futbolçuları topu daha yaxşı və texnikalı şəkildə qəbul etməkdə bacarıqlarını göstərib. Demək olar ki, bütün ulduzlarının qatıldığı yarışmanın iştirakçıları daha hündür məsafədən atılan topu saxlamaqda bacarıqlarını göstərib.
“Top sehrbazları” kimi tanınan Braziliya yığmasında topu ən yaxşı ram edən Neymar olub. Müsabiqənin çempionu 35 metr yüksəklikdən gələn topu qəbul etməyi bacarıb. Mükafat kimi ona suvenir heykəl təqdim olunub.
Qeyd edək ki, Braziliya dünya çempionatında Serbiya, İsveçrə və Kamerunla birlikdə G qrupunda yer alıb.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu