Noyer 2025-ci ildə “Bavariya”ya kömək edə bilməyəcək
15.12.2025 - 16:12
Noyer 2025-ci ildə “Bavariya”ya kömək edə bilməyəcək

“Bavariya”nın qapıçısı Manuel Noyer zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.

Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Təcrübəli qolkiper dekabrın 14-də Bundesliqada “Maynz”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra sağ bud nahiyəsində narahatlıq hiss edib. Aparılan tibbi müayinələrdən sonra Noyerə əzələ yırtığı diaqnozu qoyulub.

Bu səbəbdən 39 yaşlı qapıçı 2025-ci ilin son günlərində komandasına kömək edə bilməyəcək. Onun Bundesliqanın qış fasiləsindən sonra, yanvarın 11-də “Volfsburq”la keçiriləcək matça qədər meydana qayıtması gözlənilir.

Qeyd edək ki, Manuel Noyer cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlər üzrə 20 oyunda meydana çıxıb və bu görüşlərdə 21 qol buraxıb.