"Nyukasl" Kariusla bağlı qərar verib
27.04.2024 - 14:33

"Nyukasl" qapıçı Loris Kariusun gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında yazıb.
Mənbənin məlumatına görə, "sağsağanlar" oyunçu ilə müqaviləni yeniləməmək qərarına gəliblər.
Beləliklə, Loris bu mövsümün sonunda komandadan ayrılacaq.
Karius 2022-ci ilin payızından "Nyukasl"da çıxış edir. İngiltərə Premyer Liqasının bu mövsümündə 30 yaşlı almaniyalı cəmi 1 görüş keçirib və 4 qol buraxıb.
"Transfermarkt" portalı Lorisin bazar dəyərini 1 milyon avro olaraq qiymətləndirir.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
0
0