Okan Buruk Türkiyə futbolu tarixinə düşüb
28.04.2025 - 08:16

Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" səfərdə "Eyüpspor"u 5:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" çempionluq yolunda ən yaxın rəqibi "Fənərbaxça" ilə 5 xallıq fərqi qoruyub.
"Qalatasaray"ın çalışdırıcısı Okan Buruk məşqçilik karyerasında Super Liqada 300-cü matçına çıxıb. 51 yaşlı çalışdırıcı 300 matçda 160 qələbə qazanıb.
Buruk 300-cü matçını keçirərək Super Liqa tarixində ən çox qələbə qazanan üçüncü məşqçidir.
Fatih Terim 300 matçda 180 qalibiyyətlə birinci, Mustafa Denizli isə 175 qələbə ilə ikinci yerdədir.
- Rüdiger üçün şok iddia: “O, millidən qovulmalıdır”
- Ronaldinyo: "Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam"
- Titulun sahibi kim olacaq? - "Trabzonspor" "Barselona"ya qarşı - YENİLƏNİR
- Palmer qərarını verdi: "Çelsi"də qalacaq?
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
0
0