“Olimpiakos” ulduz futbolçusu Marselo ilə yollarını ayırır.
Apasport.az saytının məlumatına görə, Yunanıstan klubu braziliyalı müdafiəçi ilə müqaviləni ləğv etmək qərarına gəlib.
Uzun illər “Real”dan ayrıldıqdan sonra pireylilərlə anlaşan 34 yaşlı sol cinah oyunçusunun həm əvvəlki formasını bərpa edə bilməməsi, həm də görüşlərdə 30 dəqiqədən çox oynamaq gücündə olmaması rəhbərliyi və məşqçilər korpusunu bu addıma əl atmağa vadar edir.
Hətta baş məşqçi Miçel rəhbərliklə görüşündə qış fasiləsindən sonra Marselonu sərəncamında görmək istəmədiyini bildirib. Sözləşmənin ləğvi prosesinə artıq start verilib. Bu isə o deməkdir ki, Marselonun “Olimpiakos” karyerası cəmi 3 ayla yekunlaşacaq.
Qeyd edək ki, Marselo bu mövsüm Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”a qarşı hər iki oyunda (0:3, 0:0) iştirak edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı