Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
21.07.2026 - 15:48
Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş

“Bavariya”nın futbolçusu Maykl Olisenin 20 aylıq qızının olduğu üzə çıxıb.

Apasport.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

34 yaşlı Fatima Zaunbreçerin sözlərinə görə, tərəflər 2022-ci ildə “Instagram” vasitəsilə tanış olub və təxminən iki il münasibət yaşayıblar. Münasibət qadının hamilə olduğunu öyrənməsindən bir müddət əvvəl başa çatıb.

Zaunbreçer bildirib ki, aparılan DNT testindən sonra Olise atalığını rəsmən qəbul edib. Lakin onun iddiasına əsasən, fransalı futbolçu qızı Aaliyah Noorla indiyədək görüşməyib və tərəflər arasında əlaqə yalnız vəkillər vasitəsilə qurulub.

Qadın övladının atası ilə tanış olması və münasib məbləğdə aliment ödənilməsi üçün mübarizə apardığını söyləyib:

“Bir insanın öz övladına qarşı bu qədər duyğusuz ola bilməsi məni sarsıdır. Aliment olaraq isə onun təmsilçiləri gülünc bir məbləğ təklif edirlər”.

Olisenin yaxın çevrəsi isə futbolçunun uşağı və ya onun anası ilə əlaqədən imtina etməsi barədə iddiaları təkzib edib. Futbolçunun özü məsələ ilə bağlı hələlik açıqlama verməyib.