Yeni mövsümdə çempionluq hədəfləyən "Beşiktaş" ciddi transfer addımlarına davam edir.
Apasport.az xəbər verir ki, Orkun Kökçü "Beşiktaş"da davam etdirməyə yaxındır.
Portuqaliyanın "A Bola" nəşri "Beşiktaş"ın Orkun Kökçü transferinin maliyyə detallarını açıqlayıb.
Transferin "ağ-qaralar" tarixində ən bahalı keçid olacağı iddia edilir.
Buna görə, "Beşiktaş" Orkun Kökçünü 1 illik icarəyə götürəcək. Futbolçunun 25+5 milyon avroluq məcburi alış variantı olacaq.
İstanbul klubunun Kökçü ilə illik 5 milyon avro maaşla 5 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü sabah İstanbula gələcək.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat