Osimhen karyerasını “Qalatasaray”da davam etdirməyə yaxındır
08.07.2025 - 00:15
Osimhen karyerasını “Qalatasaray”da davam etdirməyə yaxındır

“Napoli”nin futbolçusu Viktor Osimhen karyerasını “Qalatasaray”da davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Xəbərdə nigeriyalı hücumçunun “cim-bom”la şəxsi razılığa gəldiyi bildirilib.

“Qalatasaray” Osimhenə illik 16 milyon avro maaş təklif edib və “hə” cavabı alıb. İstanbul klubu “Napoli”ilə danışıqları davam etdirir.

Osimhen başa çatan mövsümü icarə əsasında “Qalatasaray”da keçirib və Super Liqanın qalibi olu