Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb
28.04.2025 - 08:35

Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" "Eyüpspor"un qonağı olub.
Apasport.az xəbər verir ki, Viktor Osimhen 29-cu dəqiqədə Sallainin qoluna assistentlik edib, 71-ci dəqiqədə isə qola imza atıb.
Ulduz futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində 36 matçda 31 qol vurub, 8 məhsuldar ötürmə edib.
Beləliklə, Osimhen karyera rekordunu yeniləyib.
Osimhen daha əvvəl 2022-2023 mövsümündə "Napoli"də 31 qol vurmuşdu. 26 yaşlı futbolçu bu mövsüm 36 matçda bu rəqəmə çatıb.
Qeyd edək ki, nigeriyalı forvard mövsüm bitmədən bir qol vursa, karyera rekordunu yeniləyəcək.
- Rüdiger üçün şok iddia: “O, millidən qovulmalıdır”
- Ronaldinyo: "Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam"
- Titulun sahibi kim olacaq? - "Trabzonspor" "Barselona"ya qarşı - YENİLƏNİR
- Palmer qərarını verdi: "Çelsi"də qalacaq?
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
0
0