Palmer qərarını verdi: "Çelsi"də qalacaq?
28.04.2025 - 13:29
Palmer qərarını verdi: "Çelsi"də qalacaq?

Premyer Liqa nəhənglərindən "Çelsi"nin futbolçusu Koul Palmer gələcək karyerası ilə bağlı qərar verib. 

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Palmer London klubundan ayrılmaq istəmir. 

Koul əvvəlki formasını bərpa etmək və "Çelsi"də oynamağa davam etməkdə qərarlıdır.

Yarımmüdafiəçinin "mavilər"lə hazırkı müqaviləsi 2033-cü ilin ortalarına qədərdir. Onun bazar dəyəri 130 milyon avrodur.

Qeyd edək ki, Palmer bu mövsüm 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.