Perişiç "Barselona" yolunda
08.06.2025 - 08:47
Perişiç "Barselona" yolunda

“Barselona”nın baş məşqçisi Hansi Flik İvan Perişiçi komandasında görmək istəyir.

Apasport.az xəbər verir ki, Flik Perişiçin transferi ilə şəxsən maraqlanır.

Alman mütəxəssis xorvatiyalını “Bavariya”da işlədiyi dövrdən tanıyır.

PSV-də çıxış edən 36 yaşlı hücumçu əgər komandası ikə müqaviləsini uzatmasa, 1 iyulda sərbəst agent olacaq.

Qeyd edək ki, keçən mövsümdə Perişiç PSV-nin heyətində 11 qol vurub və 11 məhsuldar ötürmə edib.