Pike və Şakira evlərini 14 milyona satışa çıxardılar
15.11.2022 - 22:06
İspaniya yığmasının sabiq müdafiəçisi Jerar Pike və keçmiş sevgilisi, kolumbiyalı müğənni Şakira Barselonadakı ortaq evlərini satışa çıxarıblar.
Apasport.az saytının məlumatına görə, onlar həmin villadan 14 milyon avroluq gəlir əldə etməyi planlaşdırırlar.
Villada idman zalı, tennis kortu, futbol meydançası, bir neçə üzgüçülük hovuzu, kinoteatr otağı və bir neçə müxtəlif otaqlar yerləşir. Cütlük ayrıldığından evin satışından sonra pul aralarında bölünəcək.
Qeyd edək ki, Jerar Pike ilə Şakira 11 illik münasibətinə bu ilin yayında sabiq futbolçunun xəyanəti səbəbindən son qoyub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0