“Monako”nun fransız yarımmüdafiəçisi Pol Poqba uzun fasilədən sonra ilk rəsmi matçına çıxıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu Liqa 1-in 13-cü turunda “Renn”lə qarşılaşmanın (1:4) 85-ci dəqiqəsində oyuna daxil olub. Bu, Poqbanın 2023-cü ildən bəri keçirdiyi ilk rəsmi qarşılaşmadır. O, son oyununa 2023-cü il sentyabrın 3-də “Yuventus”un heyətində çıxmışdı.
Xatırladaq ki, iyun ayında “Monako” ilə müqavilə bağlayan dünya çempionu 2024-cü ilin fevralında antidopinq qaydalarını pozduğu üçün 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Daha sonra İdman Arbitraj Məhkəməsi (CAS) futbolçunun cəzasını 18 aya endirib.
Karyerası ərzində Poqba “Yuventus” və “Mançester Yunayted”də forma geyinib, 2017-ci ildə Avropa Liqasının qalibi olub. “Yuventus”la 4 dəfə A Seriyasının, 2 dəfə İtaliya kubokunun və 3 dəfə Superkubokun qalibi adını qazanıb. 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu, 2016 Avropa çempionatında isə gümüş medal sahibi olub.
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı