Portuqaliya və Çili milliləri arasında keçirilən yoldaşlıq görüşündə insident yaşanıb.
Apasport.az xəbər verir ki, birinci hissənin sonlarında Çili yığmasının futbolçusu Felipe Faundezlə Joao Kanselo arasında yaranan gərginlik kütləvi qarşıdurmaya çevrilib.
Hadisəyə qoşulan Rafael Leao ilə İvan Roman arasında da itələşmə baş verib. Leao rəqibini itələdikdən sonra onun üzünə zərbə endirib. Hakim hər iki futbolçuya birbaşa qırmızı vərəqə göstərib.
Qarşılaşma Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Portuqaliya DÇ-2026-nın qrup mərhələsində Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Çili isə mundiala vəsiqə qazana bilməyib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu