Qətərdə keçirilmiş dünya çempionatından sonra Niderland millisinin baş məşqçi postundan istefa verərək karyerasını bitirdiyini açıqlayan Lui Van Qal fikrini dəyişib.
Apasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis heç bir komandada çalışmaq istəmədiyini desə də, yenidən işinə davam edə bilər.
Lakin bu yalnız bir halda reallaşacaq. Onun məşqçi kimi çalışması üçün yalnız Portuqaliya millisindən təklif almalıdır. Van Qalın sözlərinə görə, bu yığma onun xidmətində maraqlı olduğu halda yenidən karyerasını bərpa edəcək.
Qeyd edək ki, niderlandlı çalışdırıcının rəhbərlik etdiyi milli DÇ-2022-də 1/4 finalda Argentinaya uduzaraq, yarışı dayandırmışdı.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı