Portuqaliya millisinin üzvü daha 3 il “Əl-Hilal”da
04.02.2026 - 20:55
“Əl-Hilal” mövsümün sonunda müqaviləsi başa çatacaq Ruben Neveşlə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Portuqaliya millisinin üzvü ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına qədər bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, “Əl-Hilal” Ruben Neveşi 2023-cü ilin yayında “Vulverhempton”dan transfer edib. O, bu mövsüm komandanın heyətində çıxdığı 24 rəsmi matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0