Premyer Liqa klubunda yeni müqavilə
02.07.2025 - 13:58

İngiltərə Premyer Liqası təmsilçilərindən "Everton" müdafiəçisi ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 23 yaşlı ingiltərəli oyunçu ilə müqavilə yeniləyib. Tərəflər arassında müqavilə 2030-cu ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Cerred 2020-ci ildən "Everton"da çıxış edir. O, bu komanda ilə çıxış etdiyi 86 rəsmi matçda 4 qol və 2 assistlə yadda qalıb.
0
0