PSJ - "Atletiko" matçında azarkeş rekordu
16.06.2025 - 08:21
PSJ - "Atletiko" matçında azarkeş rekordu

Klublararası dünya çempionatı çərçivəsində Fransanın PSJ və İspaniyanın “Atletiko Madrid” klubları arasında keçirilən oyuna 80 min 619 azarkeş gəlib.

Apapsort.az xəbər verir ki, komandalar yarışın qrup mərhələsinin açılış mərhələsində üz-üzə gəlib.

Oyun parislilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanı 80 min 619 azarkeşin izləməsi cari mövsümdə bu komandaların iştirak etdiyi matçlar üçün rekord göstəricidir. Müqayisə üçün qeyd edək ki, Çempionlar Liqasında PSJ-nin “Bavariya” ilə səfər oyununa 76 min, “Real”ın La Liqada “Atletiko” ilə oyununa isə 78 min tamaşaçı gəlib.

ABŞ-da keçirilən turnirin digər oyunlarını daha az azarkeş izləyib. "Əl-Əhli" (Misir) - "İnter Mayami" (ABŞ) matçına 60 927, "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) oyununa 21 152 izləyici gəlib.