PSJ Barkolaya Qiymət qoydu
17.07.2026 - 14:43
PSJ vingeri Bredli Barkolanı satmağa tələsmir.
Apasport.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
Paris klubu 23 yaşlı futbolçu ilə yollarını yalnız 150 milyon avroluq təklif gələcəyi halda ayırmağa hazırdır.
Mənbənin məlumatına görə, Barkola ilə “Liverpul” və “Arsenal” maraqlanır. Hər iki klub hazırda Fransa millisinin üzvünü transfer etmək üçün Paris təmsilçisi ilə danışıqlar aparır.
Qeyd edək ki, Barkola ötən mövsüm bütün turnirlərdə 49 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0