
Fransanın PSJ klubu “Barselona”nın gənc futbolçusu Lamin Yamalı heyətinə cəlb etmək üçün hərəkətə keçib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçiləri 18 yaşlı ispaniyalı futbolçunu heyətinə qatmaq üçün 230 milyon avroluq təklif irəli sürüblər.
Məlumata əsasən, Fransa nəhəngi yaxın günlərdə Kataloniya təmsilçisi ilə danışıqlara başlamayı planlaşdırır.
“Barselona” akademiyasının yetirməsi olan Yamal cari mövsümdə əsas komandanın heyətində 5 dəfə meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.
Qeyd edək ki, İspaniya millisinin üzvü ilə Kataloniya klubunun müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.