PSJ “Aston Villa”nın müdafiəçisi Luka Dinin transferini tamamlamağa yaxındır.
Apasport.az xəbər verir ki, Paris klubu Fransa millisinin sol cinah müdafiəçisini heyətinə qatmaq üzrədir.
32 yaşlı futbolçunun “Aston Villa” ilə müqaviləsində sərbəst qalma maddəsi var.
Iddialara görə, bu məbləğ 10 milyon funt-sterlinqdən azdır.
Dinin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Luka Din 2025/26 mövsümündə Premyer Liqada 32 matçda meydana çıxıb. O, “Aston Villa”nın qalib olduğu Avropa Liqasında isə 11 oyuna start heyətdə başlayıb, o cümlədən finalda iştirak edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI