PSJ-nin hücumçusu Kilian Mbappe mövsümün sonunda komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, parislilər ulduz futbolçunun 2024-cü ilin yayında azad agent kimi klubu tərk etmə riskini getmək istəmir.
Bu üzdən Fransa təmsilçisi mövsümün sonunda yeni müqavilə imzalamayacağı təqdirdə 24 yaşlı forvardı astronomik məbləğə satmaq variantına üstünlük verəcək. Yayda “Real”ın təklifini rədd edən Mbappe hazırda 3 klubun maraq dairəsindədir. “Real”la yanaşı, “Liverpul” və “Mançester Yunayted” də onun klubundakı durumu diqqətdə saxlayır.
Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2018-ci ildə 180 milyon avroya “Monako”dan keçib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək