PSJ-nin kapitanı məşqlərə başlayıb
05.03.2024 - 09:07
PSJ-nin kapitanı Markinyos zədədən sonra formasını bərpa edir.
Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi oyun öncəsi məşqdə iştirak etsə də, bir qədər diskomfort hiss edib.
Futbolçunun qarşıdakı matça ehtiyat oyunçular skamyasında başlaması gözlənilir.
Markinyos PSJ-nin "Renn" (1:1) və "Monako" (0:0) ilə heç-heçə etdiyi son iki matçı buraxıb.
Qeyd edək ki, Luis Enrikenin komandası Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real Sosyedad"la cavab matçı keçirəcək. PSJ-nin "Real Sosyedad"la ilk oyunu Liqa 1 nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0