“Qabiqol” yenidən “Santos”da - RƏSMİ
03.01.2026 - 21:53
“Qabiqol” yenidən “Santos”da - RƏSMİ

Braziliyalı hücumçu Qabriel Barbosa ölkəsində klubunu dəyişib.

Apasport.az xəbər verir ki, “Kruzeyro” 29 yaşlı forvardı “Santos”a icarəyə verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qabiqol” ləqəbli futbolçu 2026-cı ilin sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, Qabriel Barbosa “Santos”un yetirməsidir. Braziliya millisinin sabiq üzvü karyerası ərzində “İnter”, “Benfika” və “Flamenqo”da da çıxış edib.