"Qalatasaray" Nigeriya millisinin və "Atalanta"nın hücumçusu Ademola Lookman transferi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar” yanvar ayında 28 yaşlı futbolçunun transferi üçün rəsmi addım atacaq.
İstanbul təmsilçisi Lookmana illik 9 milyon avro maaş təklif edərək onu Super Liqanın ən çox qazanan oyunçularından birinə çevirməyi planlaşdırır.
Məlumata görə, futbolçu da bu təklifə müsbət yanaşıb. "Qalatasaray" isə "Atalanta"ya təxminən 40 milyon avroluq rəsmi təklif təqdim etməyə hazırlaşır.
Bu mövsüm Lookman "Atalanta" formasında 10 rəsmi qarşılaşmada meydana çıxıb və cəmi 1 qola imza atıb.