"Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib
18.07.2025 - 23:44

"Qalatasaray"ın heyətinə qatmağa yaxın olduğu Viktor Osimhenin transferi ilə bağlı daha bir yenilik olub.
Apasport.az xəbər verir ki, "Napoli "nin bir çox transfer tələbini qəbul edən "Qalatasaray" İtaliya klubu ilə son detalları həll etməyə çalışır.
“Sky Italia”nın məlumatına görə, “Qalatasaray”dan bank təminatı tələb edən “Napoli” bu məsələdə zəmanət istəyir.
"Qalatasaray" rəhbərliyi bu zəmanətlər üçün "Napoli"dən əlavə müddət istəyib.
Qeyd edək ki, transferin gələn həftə ərzində yekunlaşacağı gözlənilir.
0
0