"Qalatasaray" onu yola salır: Bir dəqiqə belə oynamadan göndərilir
28.10.2025 - 12:35
"Qalatasaray" onu yola salır: Bir dəqiqə belə oynamadan göndərilir

"Qalatasaray"ın 22 yaşlı futbolçusu Yusuf Demir komanda ilə vidalaşmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" bu mövsüm bir dəqiqə belə meydana çıxmayan cinah yarımmüdafiəçisi ilə qış fasiləsində vidalaşacaq.

"Qalatasaray" Yusufu 2022-2023 mövsümündə "Rapid"dən 6 milyon avroya transfer edib.

2023-2024 mövsümündə isə onu "Bazel"ə icarəyə verib.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında 3, Super Liqada 4 matçın heyətində yer alan Yusuf Demir heç bir oyunda meydana çıxmayıb.