"Qalatasaray" Viktor Osimhenlə müqavilə imzaladıqdan sonra Edersonun transferini də yekunlaşdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, braziliyalı qapıçı ilə bütün şərtlərdə razılığa gələn "cimbom" “Mançester Siti” ilə müqavilə imzalamaq üzrədir.
Edersonu İstanbula gətirməyi planlaşdıran "Qalatasaray" transferi yekunlaşdırmaq üçün sonuncu dəfə "Mançester Siti" ilə görüşəcək.
İddialara görə, "Qalatasaray" Ederson üçün illik 8 milyon avro ödəyəcək. "Sarı-qırmızılar" da 8-9 milyon avroluq transfer qarşılığında "Siti" ilə razılığa gəlməyə yaxındır.
Qeyd edək ki, "şəhərlilər" 31 yaşlı Edersonu 2017-18 mövsümünün əvvəlində "Benfika"dan 40 milyon avroya transfer ediblər.
- “Real”ın yetirməsi A Seriyası klubunda - RƏSMİ
- Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu