“Qalatasaray” Sançez məsələsini həll etdi: Yeni müqavilə
15.08.2025 - 18:35
"Qalatasaray" daha bir futbolçusunu komandada saxlamağı bacarıb.
Apasport.az xəbər verir ki, klub Davinson Sançezlə razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, tərəflər sözləşməni yeniləyiblər. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2023-cü ildə "Tottenhem"dən "Qalatasaray"a transfer olunub.
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
- KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
0
0