"Qalatasaray" Sinqo transferini tamamlamaq üzrədir
27.08.2025 - 16:40
Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" Vilfred Sinqo transferini tamamlamaq üzrədir.
Apasport.az xəbər verir ki, tərəflər 30 milyon avro məbləğə razılaşıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Razılaşmaya əsasən, "cimbom" növbəti satışdan "Monako"ya 10 faiz pay ödəyəcək. 24 yaşlı futbolçu da bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Vilfred Sinqo "Monako"ya 2023-cü ildə "Torino"dan 10 milyon avroya transfer edilmişdi.
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0