“Qalatasaray”a Ronaldo təklifi
23.11.2022 - 13:38
“Qalatasaray” azarkeşləri klub rəhbərliyindən Kriştiano Ronaldonun transferini istəyir.
Apasport.az saytının məlumatına görə, hətta bunun üçün dəstək də təklif ediblər.
Belə ki, bir qrup fanat klubun bank hesabı açmasını və paylaşmasını istəyir. Onlar düşünür ki, 15 milyon “Qalatasaray” fanatının hərəsi 100 lirə köçürsə, bu, 1 milyard 500 milyon lirə - yəni 78 milyon avro pul edir. Azarkeşlər həmin məbləğlə Ronaldonun maaşının qarşılanacağını düşünür.
Qeyd edək ki, dünən “Mançester Yunayted”lə müqaviləsinə xitam verilən Kriştiano Ronaldo azad agent statusu daşıyır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
1