“Qalatasaray”dan Bremer bombası – Tək problem maaşdır
17.07.2026 - 03:02
“Qalatasaray” müdafiə xəttini Qleyson Bremerlə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Yuventus”un 29 yaşlı braziliyalı müdafiəçisi üçün hərəkətə keçib.
Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Bildirilib ki, "Qalatasaray"ın heyətinə qatmaq istədiyi Bremerin maaş tələbi kifayət qədər yüksəkdir. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, braziliyalı mərkəz müdafiəçisi 2022-ci ildən “Yuventus”un formasını geyinir. O, daha əvvəl “Atletiko Mineyro” və “Torino” klublarında çıxış edib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0